efirli
eh
OBASTAN VİKİ
Egey dənizi
Egey dənizi (türkcə:Ege Denizi, yunanca: Αιγαίο Πέλαγος, Aigaío Pélagos) ya da Adalar dənizi (türk. Adalar Denizi) — Balkan və Anadolu yarımadaları arasında, Aralıq dənizinə bağlı bir dənizdir. Mərmərə dənizi və Qara dənizdən Çanaqqala və İstanbul boğazları ilə ayrılan dənizin cənub sərhədləri qaralarla çəkilmiş olmaqla bərabər, şimal sərhədlərini Yunanıstana bağlı adalar olan Rodos və Krit adalarına çəkir. Boğazları: Dardanel, Kafirefs boğazı, Evrip boğazı.
Egey dənizi zəlzələsi (2020)
Egey dənizi zəlzələsi — 30 oktyabr 2020-ci ildə Türkiyə vaxtı ilə saat 14:51-də, Yunanıstanın Samos adası və Türkiyənin İzmir vilayətinin Səfərihisar ilçəsindən 23 km məsafədə yerləşən Quşadası körfəzində 16,5 km dərinlikdə, 6.6 Mw böyüklüyündə meydana gələn zəlzələ.Kandilli rəsədxanası zəlzələnin 6.9 Mw, AFAD 6.6 Mw, Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqatları Qurumu isə 7.0 Mw şiddətində olduğunu bildirmişdir. == Zəlzələ == Əvvəllər bölgədə 2017-ci ildə 6.6, 2014-cü ildə 6.9 bal gücündə zəlzələlər olmuşdur. === Afterşoklar === Zəlzələdən sonra bölgədə ən böyüyü 5.2 Mw şiddətində olan 157 yeraltı təkan qeydə alınmışdır. == Təsirlər == Mərmərə regionunun böyük bir hissəsində, xüsusilə Egey regionunun bütün şəhərlərində hiss olunan zəlzələdən sonra sunami meydana gəldi. AFAD tərəfilən verilən məlumatlara əsasən, 6 nəfər həyatını itirmiş, 257 nəfər yaralanmışdır. İzmirin Bayraqlı və Bornova ilçələrində 20-dən çox bina dağılmışdır. Yunanıstanda isə 2 nəfər həyatını itirmiş, 10 nəfər yaralanmışdır. Həmçinin Samos adasında yer alan Bakirə Məryəm kilsəsi də zərər görmüşdür. == Yardım əməliyyatları == Zəlzələdən dərhal sonra Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca hadisə yerinə təxminən 40 təcili yardım avtomobili, 35 xilasetmə qrupu və iki təcili yardım vertolyotunun, Müdafiə Nazirliyindən isə bir təyyarənin ayrıldığı bildirilmişdir. Türk Qırmızı Aypara Cəmiyyəti tərəfindən isə zəlzələdən zərər çəkənlərə ərzaq təmin etmək üçün altı şəhərdən komandalar göndərildi.
Egey Universiteti
Egey Universiteti — 1955-cı ildə yaradılan, Türkiyənin qabaqda gələn universitetlərindən biri. 2016-ci ildə açıqlanan məlumatda , dünyanın ən yaxşı universitetləri arasında 482-ci olmuşdur.
Egey mədəniyyəti
Egey mədəniyyəti—Tunc dövrü sivilizasiyasının ümumi adı. == Krit-Mikena mədəniyyəti == Qədim Yunan bədii mədəniyyəti üç əsas mənbədən qidalanır. Egey dənizinin adasında yerləşən əhalinin qədim krit-miken incəsənəti. Bu özünü zəngin arxitekturaya malik olan Krit, Mikena və Tirinf iqamətgahlarında göstərir, həmçinin rəsmlərində, keramika və qızıl əşyalarında büruzə verirdi. Aralıq dənizi sahilindəki Kiçik Asiya və Finikiyalılar tərəfindən daxil olan kompozisiyalı arxitektura, Qədim Misirin incəsənəti də güclü təsir göstərirdi. Dori tayfalarının incəsənəti. Şimaldan gələn Dori tayfalarının incəsənəti və özləri ilə gətirdikləri həndəsi üslubda Yunan mədəniyyətinə təsir göstərir.Öz inkişaf tarixində Qədim Yunan mədəniyyəti bir neçə mərhələdən keçib.Bunlardan birincisi Krit-Miken mədəniyyətidir. Yunan ərazisindəki qədim sivilizasiya tədqiqatçılar tərəfindən Krit-Miken mədəniyyəti adını almışdır. Bu ad Krit adaları və materik Yunanıstanı ərazisindəki Miken şəhəri ilə əlaqədardır. Müəyyən yüksəliş və tənəzzül mərhələlərini yaşayan bu mədəniyyət təxminən b.e.ə.
Egey regionu
İzmir ili
Egey mübahisəsi
Egey mübahisəsi, Egey məsələsi və ya Egey nifaqı (yun. Γκρίζες Ζώνες, türk. Ege sorunu) — Yunanıstan və Türkiyə arasında Egey dənizinin akvatoriyasında və onun üzərindəki hava məkanında suverenlik və əlaqəli hüquqlarla bağlı bir-biri ilə əlaqəli mübahisəli məsələlər kompleksi. 1970-ci illərin həll olunmamış Kipr böhranından yaranan çoxsaylı münaqişələr Türkiyə–Yunanıstan münasibətlərinə əhəmiyyətli təsir göstərmişdir. 1987-ci ildə və 1996-cı ilin əvvəlində Egey mübahisəsi iki dövlət arasında hərbi əməliyyatların başlanmasına yaxın böhran vəziyyətlərinə gətirib çıxarmışdır. 1998-ci ildə hər iki ölkə bir sıra diplomatik tədbirlər həyata keçirməklə gərginliyi aradan qaldırmağa yaxın idi. Növbəti addım, xüsusən də Yunanıstanın Türkiyənin Avropa İttifaqına daxil olmasını asanlaşdırmağa yönəlmiş hərəkətləri olmuşdu. == Dəniz və hava təsir zonaları == Egey mübahisəs hər iki ölkənin əraziləri ətrafında dəniz və hava təsir zonalarının delimitasiyası ilə bağlıdır. Bu məsələlər Egey dənizinin özünün coğrafi və tarixi xüsusiyyətləri, onun hövzəsindəki ölkələrin yerləşməsi ilə əlaqəlidir. Egey dənizinin suları ilə yuyulan Yunanıstan və Türkiyənin materik sahil xəttinin uzunluğu təxminən bərabər olsa da, Gökçeada və Bozcaada istisna olmaqla, bütün Egey adaları Yunanıstana aiddir.
Cənubi Egey adaları
Cənubi Egey adaları (yun. Περιφέρεια Νοτίου Αιγαίου) — Yunanıstanın 13 periferiyasından biri. Periferiyanın inzibati mərkəzi — Siros adasında yerləşən Ermupolis şəhəridir. Sahəsi 5.286 nəf./ km² və ölkənin 4 %-ni əhatə edir. 1987-ci ildə yerli idarəetmə haqqında Qanuna 1622/86 əsasən yaradılmışdır. 2011-ci ildə, Kallikratis proqramına əsasən mərkəzi Pirey ilə Egey adaları desentralizasiya idarəsinə daxil edildi.
Şimali Egey adaları
Şimali Egey adaları (yun. Περιφέρεια Βορείου Αιγαίου) — periferiya, Yunanıstanın şərq hissəsində, bir neçə adadan ibarət ikinci səviyyəli inzibati vahiddir. Yerli rəhbərliyin regional idarəsi və inzibati bölmənin bir hissəsidir. Kallikratis proqramına görə, 2011-ci ildən etibarən Egey adalarının mərkəzləşdirilmiş idarəçiliyi Piraeus şəhərində mərkəzi ilə daxil olur. Periferiyanın inzibati mərkəzi — Lesbos adasında yerləşən Mitilini şəhəri. == İnzibati-ərazi bölgüsü == 2011-ci ildə "Kallikratis" proqramından sonra periferiyalar 5 periferiya vahidi, o cümlədən 9 icma daxildir.
Egey adaları (desentralizasiya idarəsi)
Egey adaları (yun. Αποκεντρωμένη Διοίκηση Αιγαίου (ΑΔΑ)) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri. == Tarixi == 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir. Tərkibinə iki periferiya — Şimali Egey adaları və Cənubi Egey adaları daxildir. İnzibati mərkəzi — Pirey şəhəridir. İdarəetmə rəhbəri koordinatordur, Yunanıstan höküməti tərəfindən təyin olunur . Hal-hazırdakı koordinator (2 yanvar 2019 -ci ildən) — Polikarpos Polixronakis (Πολύκαρπος Πολυχρονάκης).
Adriatik dənizi
Adriatik dənizi (it. Mare Adriatico) — Aralıq dənizi hövzəsində, Apennin və Balkan yarımadaları arasında yarımqapalı dəniz. Şimalda dayaz Venesiya körfəzini əmələ gətirir. Cənubda onu Otranto boğazı İon dənizi ilə birləşdirir. Duzluluğu 30–38 promilledir. Mühüm limanları — Venesiya, Ankona, Bari, Brindizi, Split və s.
Aki dənizi
Aki dənizi - Adalar arası dəniz olaraq Yapon adaları arasında yerləşir. Sakit okeanı akvatoriyasına aiddir. Dənizin ərazisi cənub-qərbdə Hirosima perfektoriyası, şimal-qərbdə Exine perfektoriyasına aiddir. Şimalda Osaki-Simo, Kami-Kamaqari, Simo-Kamaqari və Kuraxasi, şərqdə Kurisim boğazı, cənubunda Takanova yarımadası, qərbdə İe-Naka adası yerləşir. Şimaldan-cənuba 30 km, şərqdən-qərbə 50 km təşkil edir. Dənizin şərqi İsuki dənizi adlanır. Daxili Yapon dənizinin şərqi ilə qərbini birləşdirir. Sahilində Xirosima, Kure və Masuyamu şəhərləri vardır. Dəniz balıqlarla zəngindir. Əsas balıq növü Skumbriyadır.
Aland dənizi
Aland dəniz — Atlantik okeanına daxil olan Baltik dənizi ilə Botniç körfəzi arasında yerləşir. Ən dərin yeri 301 metr təşkil edir. Aland adaları ilə materik arasında mövqe tutur. Dəniz İsveç və Finlandiya arasında əsas dəniz yolu üzərində yerləşir. Dəniz sahilində 67,700 nəfər yaşayır (hər m2 üçün 0,0000677 nəfər).
Alboran dənizi
Alboran dənizi (isp. mar de Alborán, ərəb. بحر البوران‎) — Aralıq dənizinin qərb qutaracağında yerləşirdi. Dənizi Atlantik okeanından Cəbəllütariq boğazı ayırır. Qərbdən-şərqə doğru onun uzunluğu 400 km, şimaldan-cənuba eni isə 200 km təşkil edir. Dənizin orta dərinliyi 1000–1500 m arasıdır. Bu coğrafi obyektin ən dərin yeri 2507 metr olaraq dənizin şərq qutaracağında yerləşir. Dib relyefi sualtı dağlar və dərələrdən üstəlik düzənliklərdən ibarətdir. Sualtı dağların ən böyüyü Alborandır, şimal-şərqdən başlayaraq cənub-qərb istiqamətində uzanır. Bəzi yerlərdə suyun üzərinə çıxır və burada Alboran adlı vulkan məşəlli ada əmələ gətirir.
Amundsen dənizi
Amundsen dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində, Meri Berd Torpağı sahilində yerləşir. İl boyu buzla örtülü olur. Şərqdə Terston, qərbdə isə Dart burnu ilə əhatələnir. Şərq hissədə Terston adasının bir hissəsi Bellinshauzen dənizinə, digər hissəsi isə Amundsen dənizinin sularına daxildir. Sahəsi 98,000 km² ,orta dərinliyi 286 m təşkil edir. Şelf ərazisində çökmə suxurlarla örtülüdür. Şelf ərazisində 400–500 m arasında dəyişir. Duzluğu 33,5 ‰ -dir. Yayda suyun duzluğu nisbətən aşağı düşür. Dəniz bütünlüklə qütb en dairəsi daxilində yerləşir.
Andaman dənizi
Andaman dənizi (hind अंडमान सागर, birm. မုတ္တမ, tay ทะเลอันดามัน, malay və ind. Laut Andaman) — Hind okeanın yarım qapalı dənizi. Şərqdə Hind-Çin və Malay yarımadaları arasında, cənubda Sumatra adasıyla, qərbdə ki, Andaman və Nikobar adaları arasında yerləşir (adalar saəsində Benqal körfəzindən ayrılır). Şimalda İravadi çayının deltasına qədər uzanır. Malakka boğazı ilə Cənubi Çin dənizi ilə birləşir. Sahəsi 605 min km², orta dərinliyi 1043 m, maksimal dərinliyi isə 4507, suyun orta həcmi 660 min km³. Dibi qumlu və gillidir, şimaldan cənuba ərazisindən fəal vulkan qövsi keçir. İqlimi tropik, rütubətli və mussonludur. Dənizin səthi temperaturası qışda 27,5-dən °C, yayda 30 °C qədərdir.
Arafur dənizi
Arafur dənizi (ing. Arafura Sea,ind. Laut Arafura) — Avstraliya, Yeni Qvineya, Tanimbar və Kay adaları arasında Hind okeanın ucqar dənizidir. Melvill adası ilə Koburq yarımadası arasında Dundas boğazı yerləşir. Sahəsi — 1017 min km² (ölçüləri 1290 x 560 km), dərinlik əsasən 50–80 m-dir, qərb doğru 3680 metrə qədər uzanır. Karpentariyanın böyük körfəzidir. Arafur dənizi dayaz tropik dənizdir. Arafur dənizinin sularında tropik tufanlar tez-tez baş verir.
Aral dənizi
Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd.
Aralıq dənizi
Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəli-Tariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir. Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır. == Etimologiya == Türk dilində — Akdeniz; İngilis dilində — Mediterranean Sea. Bu da Latın dilindəki Mediterraneustan (Medi: orta + terra: torpaq, yer) mənasına gəlir. Yunan dilində — Mesogeios. Ərəb dilində — qarşılığı البحر المتوسط (Bahre-l Mutavassit) "ortada olan dəniz" mənasındadır. Fars dilində — Aralıq dənizi üçün istifadə edilən Bahr-e Sefid adı Osmanlı dövrü xəritələrində də görünməkdədir. Romalılarda — Mare Nostrum deyirlər ki, bu da Bizim Dəniz mənasına gəlir.
Argentina dənizi
Argentina dənizi - (isp. Mar Argentino) Cənubi Amerika materikinin sahillərində, şelf zonasında yerləşmiş dənizdir. == Coğrafiyası == Argentina dənizi Atlantik okeanının cənub-qərb hissəsində yerləşmişdir və onun sahəsi 1,000,000 km² olmaqla dünyanın ən böyük dənizlərindən biridir. Orta dərinliyi 1205 m, ən dərin yeri isə 2224 m-dir.
Arxipelaq dənizi
Arxipelaq dənizi (Fin dili Saaristomeri, İsveç dili Skärgårdshavet) — Baltik dənizinin bir hissəsi olub, Botnik körfəzi, Fin körfəzi və Aland dənizi arasında yerləşir və Finlandiyanın ərazi sularına daxildir. Bu dənizdə adalarının sayına görə dünyanın ən geniş arxipelaqlarından biri yerləşir, lakin bu adalar sahəsinə görə çox kiçikdir və bir-birilərinə çox yaxın yerləşmişdir. Orta dərinliyi 23 metrdir == Arxipelaq suları == Beynəlxalq hüquqda – arxipelaq-dövləti təşkil edən adaların arasında yerləşən və dənizin digər hissələrindən birbaşa çıxış xətləri ilə ayrılan sular; bu xətlər arxipelaqın ən uzaq adalarının və riflərinin ucqar nöqtələrini birləşdirir. Xətlərin uzunluğu 100 dəniz milindən çox olmamalı və onların ümumi sayının yalnız 3%-i 125 dəniz mili uzunluğunda ola bilər. Xətlərin çəkilməsi zamanı arxipelaqın ümumi konfiqurasiyasının nəzərəçarpan pozulmasına yol verilmir. Xətlər daxilində suyun sahəsi ilə qurunun sahəsi arasında nisbət 1:1-dən 9:1-ə qədər olmalıdır. Arxipelaq sularının hüquqi rejimi BMT-nin Dəniz Hüququna dair Konvensiyası 1982-ci ilə nizamlanır. Arxipelaq sularını müəyyən etmək hüququ arxipelaq-dövlətlərə verilmişdir. Arxipelaq suları arxipelaq-dövlətlərin suverenliyi altındadır. Arxipelaq keçidi, yəni normal gəmiçilik və UA-ların normal uçuşu hüquqları sahilyanı dövlətin müəyyən etdiyi xüsusi dəniz koridorları ilə, yaxud Arxipelaq sularında beynəlxalq gəmiçilik və ya Arxipelaq suları üzərindən beynəlxalq uçuş yolları kimi istifadə olunan adi keçidlərlə həyata keçirilir.
Arzular Dənizi
Arzular Dənizi — Ayın görünməyən hissəsindəki hamar ovalıqlardan biri. Astronomiyada ay üzərindəki belə ovalıqlar şərti olaraq "dəniz" adlandırılır. Ayın cənub yarımkürəsində 20-45 en dərəcələri arasında və 140-180 uzunluq dairəsində yerləşir. Yaxınlığında Leybnits, Norman, Puankare, Kok, Jül Vern, Pavlov, Qaqarin və Van de Qraaf kraterləri, daxilində isə Tomson krateri yerləşir.
Baffin dənizi
Baffin dənizi (ing. Baffin Bay, fr. Baie de Baffin) — bəzən Baffin körfəzi də adlandırılır. Dəniz Şimal Buzlu okeanına daxildir. Atlantik okeanına daxil olan Labrador dənizi ilə cənubdan hüdudlanır. Qərb sahilləri Qrenlandiya adası ilə hüdudlanır. Şimaldan - cənuba uzunluğu 1130 km təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Burada çoxlu aysberqlər əmələ gəlir. Atlantik okeanıın isti suları ona təsir göstərir.
Balear dənizi
Balear dənizi isp. mar Balear kat. mar Balear -Avropanın cənubunda və Priney yarımadasının şərqində yerləşir. Aralıq dənizi akvatoriyasına daxildir. Sahəsi 86,000 km², orta dərinlik 762 m, maksimal dərinlik isə 2132 m təşkil edir. Su səthində temperatur fevral ayında 12 s, avqust ayında isə 25 s təşkil edir. Duzluğu 36 - 38 ‰ arasıdır. Dib suxurları əsasən qumlar və balıqqulağı ilə zəngindir. Bura əsasən Priney yarımadasından axan çaylardır:Ebro, Turia və Hukar və s. göstərmək olar.
Bali dənizi
Bali dənizi (ing. Bali Sea, ind. Laut Bali) — Sakit okeanında Yava adasının şərqi, Bali, Lombok, Sumbava, Sulavesi və Madura adaları arasında yerləşir. Sahəsi 40,000 km², orta dərinliyi 411 m, ən dərin yeri 1590 m təşkil edir. Səthində temperatur 27 - 28 S, duzluğu isə 33,0 - 34,0 ‰ təşkil edir. Dəniz dibində temperatur 8 - 10 S təşkil edir. Subekvatorial iqlimə sahibdir. Dənizin cənubunda yerləşən adaların bir çoxu vulkan məşəllidir: Batur (sonuncu dəfə 1926), Aqunq (sonuncu dəfə 1964), Tambora və başqaları. Əsas limanı Surabaya (Yava). == Coğrafi yerləşməsi == Bali dənizi Yava dənizindən şərqdə yerləşir, həcminə görə adı çəkilən dənizdən kiçikdir.
Berinq dənizi
Berinq dənizi — Sakit okeanın şimalında və Avrasiyanın şimal şərqində yerləşən materik kənarı dənizdir. Sakit okeanından cənubda Aleut adaları və Komandor adaları ilə ayrılır. Şimalda Şahzadə Uels burnu və Müqəddəs Lourens adası yerləşir. Berinq boğazı bu dənizi Çukot dəniziylə və Şimal Buzlu okeanıyla birləşdirir. Berinq dənizi Rusiyanın və ABŞ-nin sahillərini yuyur. == Tədqiqatın tarixi == Dəniz – dəniz səyyahı Vitus Berinqin şərəfinə adlandırılmışdır. XVIII əsrin Rusiya xəritələrində dəniz Kamçatka və ya Qunduz dənizi adlanırdı. İlk dəfə Berinq dənizi adı XIX əsrin başlanğıcında fransız coğrafiyaçısı Ş. P. Flioren tərəfindən təklif edilmişdi, ancaq beynəlxalq aləmdə yalnız 1818-ci ildə rus dəniz səyyahı V. M. Qolovnin tərəfindən daxil edilmişdi. == Fiziki-coğrafi vəziyyət == Sahəsi 2,315 milyon kv. kilometrdir.
альбини́зм вывя́ливать кто-нибудь портня́жка проста́чка рока́дный фо́ника хрусте́ние ячме́нник зноби́ть перемени́ться в лице пе́стование Cape doctor childminder colorific cummerbund gabby natty overspend perfect profluvium salon бастующий буколический обалделый